Nazir müavini yeni növ narkotiklərlə bağlı xəbərdarlıq etdi

23:00 22-08-2021 329

“Bazarda yeni növ narkotiklər peyda olub və insanlarda bunlara asanlıqla vərdiş yaranıb”.

HerGun.Az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin birinci müavini Teymur Musayev Real Tv-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, onların fəsadları da ağırdır və insanlar tez zamanda aludə olurlar:

“Nəticədə insanların vəziyyəti ağırlaşır və onlar həyatlarını itirir. Belə şəxslərə ailə üzvləri dəstək olmalı və tez zamanda müalicə olunmalıdırlar. Bizim tabeliyimizdə olan bütün müəssisələrdə keyfiyyətli müalicə tətbiq olunur. Yüzlərlə insan bu bəladan qurtulub reabilitasiya dövrünü yaşayır”.