Teymur Musayev: “Koronavirus əleyhinə olan peyvəndlərin qiymətləri kommersiya sirridir”

23:20 22-08-2021 352

“Koronavirus əleyhinə olan peyvəndlərin qiymətləri kommersiya sirridir”.

HerGun.Az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hər bir dövlət peyvənd istehsalçısı və ya platforma ilə müqavilə imzalayanda bu qeyd edilir:

“Burada küllü miqdarda pullar sərf edilir. Bəzi ölkələrdə peyvənd öz vətəndaşlarına vurulur. Hətta orada təhsil almağa gələnlərə belə vaksin vurulmur. Bizdə isə diplomatik korpuslar, burada müvəqqəti yaşayan əcnəbi vətəndaşlar da peyvənd olunur. Onlar bunu humanist addım kimi qeyd edirlər”.

İlhamə Əbülfət