“Henri” qasırğası Nyu-Yorka çatdı: Şəhərdə fövqəladə vəziyyət elan olundu

23:40 22-08-2021 349

Atlantik okeanı üzərində formalaşan “Henri” qasırğası ABŞ-ın şərq sahillərinə çatıb.

Bu barədə ölkənin Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, küləyin sürəti 27 metr/saniyəyə çatıb. Qasırğa leysan yağışlarla müşahidə olunur.

Xatırladaq ki, gözlənilən təbiət hadisəsilə əlaqədar Nyu-Yorkun bəzi rayonlarında fövqəladə vəziyyət elan olunub.