Ukraynada ən böyük dövlət bayrağı hazırlanıb – FOTO

05:00 23-08-2021 337

Kiyevdə Ukraynanın ən böyük bayrağı hazırlanıb.

“İnterfaks Ukrayna” xəbər verir ki, ölkənin ən böyük bayrağının avqustun 23-də Dövlət Bayrağı Günü münasibətilə 32 tonluq nəhəng dirəyə asılacağı gözlənilir.

Bayrağın ölçülərinin 16x24 metr, dirəyin hündürlüyünün isə 90 metr olduğu bildirilib.