FHN: Ötən gün batma təhlükəsi ilə üzləşən beş nəfər xilas edilib

11:40 23-08-2021 453

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 89 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 14 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən beş nəfər xilas edilib, bir nəfər yanıq xəsarəti alıb.

Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində su kanalında batan 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1953-cü il təvəllüdlü Piriyev Əliqiyas Qiyas oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.