Ölkədə son sutkada vaksinasiya olunanların sayı açıqlandı - FOTO

20:20 23-08-2021 525

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 348 doza vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin dozasının ümumi sayı 6 170 724, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 713 422 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 457 302 təşkil edir.