“Bayern” “Real”ın rekordunu əlindən aldı

23:40 23-08-2021 536

“Bayern” (Münxen) Avropanın Top-5 liqalarında çıxış edən klublar arasında Madrid “Real”ının sahib olduğu rekordu qırıb.

Bu barədə Sports.ru yazıb.

Belə ki, Bundesliqanın ikinci turunda “Köln”ə qarşı oyunda (3:2) “Bayern” bütün turnirlər daxil olmaqla ardıcıl 74-cü oyununda qol vurub.

Buna qədər sözügedən rekord “kral klubu”nda olub. “Real” futbolçuları 2016-2017-ci illər mövsümündə ardıcıl 73 oyunda fərqlənib.