Ömər Çelik: “Türkiyə qaçqın düşərgəsi deyil”

00:00 24-08-2021 448

“Türkiyə Əfqanıstandan olan bir qaçqını belə qəbul edə bilməyəcək”.

Bunu Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının sözçüsü Ömər Çelik bildirib. Onun sözlərinə görə, Türkiyə qaçqın düşərgəsi deyil:

“Artıq bir qaçqını belə (Əfqanıstandan - Red) qəbul etmək imkanımız yoxdur. Biz öz qərarlarımızı verəcəyik. Sərhədlərimizi çox diqqətlə qoruyuruq”.