İraq və Suriyada 12 milyon nəfər humanitar fəlakətlə üzləşib

01:40 24-08-2021 365

İraq və Suriyada 12 milyon nəfər humanitar fəlakətlə üz-üzə qalıb.

Bu barədə “Əl-Cəzirə” məlumat verib.

Anomal istilər səbəbindən insanların su, qida və elektrik enerjisindən istifadə imkanları məhdudlaşıb.

Məlumata görə, yüksək hava temperaturu şəraitində mövcud su hövzələri qismən quruyub, yağıntılar azalıb. Bu isə içməli su ilə bağlı problemlərə səbəb olub.

Həmçinin, əkin sahələrinin suvarılması da müşkül məsələyə çevrilib.

Maye çatışmazlığı su elektrik stansiyalarının fəliyyətinə də mənfi təsir göstərib.