Koronavirusun bütün ştamlarından qoruyan anticismlər aşkar olunub

02:20 24-08-2021 321

ABŞ-ın Vaşinqton Universiteti Tibb Məktəbinin alimləri koronavirusun bütün məlum növlərini neytrallaşdıra bilən anticism aşkar ediblər.

Sözügen araşdırma barədə təhsil müəssisəsinin portalı məlumat yayıb.

Məlumata görə, araşdırma müəllifləri 43 anticism üzərində tədqiqatlar aparıb, onların COVID-ə qarşı təsir mexanizmlərini öyrəniblər.

Tətqiqat obyektlərindən biri koronavirusun ilkin formasıyla yanaşı, onun “alfa”, “beta”, “qamma”, “delta”, “kappa”, “yota”, eləcə də nadir rast gəlinən mutasiyalarına qarşı da effektivliyini nümayiş etdirib.

Alimlərin sözlərinə görə, qeyd olunan anticism virusun gələcəkdə yaranması mümkün olan variantlarının da öhdəsindən gələ biləcək.