DİN-ə yeni səlahiyyət verildi - FƏRMAN

17:27 15-04-2019 8

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib.

HerGun.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərmanında qeyd olunub.

Dəyişikliyə əsasən, Azərbaycanda taksidə siqaret çəkənlər DİN əməkdaşları tərəfindən cərimələnəcək. 

Cərimənin məbləği 40 manatdan 50 manata qədərdir.