Əfqanıstan kütləvi aclıq təhlükəsilə üzləşib

04:20 24-08-2021 579

Əfqanıstanda hakimiyyətin “Taliban” tərəfindən ələ keçirilməsindən sonra ölkə sakinləri aclıq təhlükəsilə üzləşiblər.

“Reuters” xəbər verir ki, son həftə ərzində çox sayda vətəndaş işini itirib.

Ölkədə banklar da daxil olmaqla, bir sıra müəssisələr bağlanıb. Ərzaq qiymətləri isə durmadan artır.

Digər tərəfdən ölkə valyutasının ucuzlaşması onsuz da gərgin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Ölkəyə beynəlxalq aviareyslərin dayandırılması isə kənardan humanitar yardımların göndərilməsini xeyli çətinləşdirir.

Məsələ ilə bağlı bir sıra təşkilatlar artıq həyəcan təbili çalır.