415 ictimai iaşə obyektində 703 monitorinq keçirildi - FOTO

18:20 24-08-2021 277

2021-ci il avqustun 23-də ölkə üzrə 415 ictimai iaşə obyektində 703 monitorinq keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, monitorinqlər zamanı altı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular Bakı şəhəri, Yasamal‎, Binəqədi, Sabunçu, Xətai, Nərimanov rayonunda yerləşən ictimai iaşə müəssisələrində aşkar edilib.