Azərbaycan Gürcüstana oksigenlə təchizatda kömək edir

21:00 24-08-2021 314

Azərbaycan və Türkiyə Gürcüstana koronavirus xəstələri üçün oksigen təchizatında kömək edir.

“Sputnik Gürcüstan” xəbər verir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya brifinq zamanı bəyan edib.

O bildirib ki, ölkənin İqtisadiyyat və Xarici İşlər nazirlikləri Gürcüstanın oksigenlə fasiləsiz təchizatı üçün fəal şəkildə çalışır.

Nazir müavininin sözlərinə görə, hazırda Gürcüstan xəstəxanalarında 7,4 min pasiyent müalicə olunur və onların 70%-i oksigendən asılıdır.