İlin sonunadək ABŞ qoşunları İraqdan çıxarılacaq

03:00 25-08-2021 811

Terrorizmlə mübarizə baxımından İraq ABŞ qoşunlarının ölkədən çıxarılmasına tam olaraq hazırdır.

“RİA Novosti” xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib.

O bildirib ki, ölkənin xüsusi xidmət orqanları terrorçularla bağlı kifayət qədər məlumata və onlarla mübarizə sahəsində çoxillik təcrübəyə sahibdir.

XİN rəhbəri hazırda İraqda fəaliyyət göstərən terror şəbəkələrində müəyyən hərəkətliliyin müşahidə edildiyini, lakin bunun ölkə hökumətinin işinə maneə törətməyəcək səviyyədə olduğunu qeyd edib.

F.Hüseyn ölkədə məhdud sayda ABŞ hərbi kontingentinin saxlanılması məsələsindən danışarkən, bu sahədə dəqiq razılaşmanın olduğunu və ilin sonunadək bütün hərbi hissələrin çıxarılacağını vurğulayıb.