Amerika Kuboku: Kolumbiya Argentinanı məğlub edib

05:54 16-06-2019 710

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin I turunun oyununda Kolumbiya yığması Argentina komandası üzərində 2:0 hesabı ilə qələbə qazanıb. 

HerGun.Az bildirir ki, oyunda qolları Roher Martines (71-ci dəqiqə) və Duvan Sapata (86-cı dəqiqə) vurub.

B qrupuna daxil olan digər iki komanda – Paraqvay və Qətər isə bu gün görüşəcək. İyunun 20-də baş tutacaq ikinci turda isə Kolumbiya-Qətər və Argentina-Paraqvay qarşılaşması olacaq.

Qeyd edək ki, turnir Braziliyada keçirilir. Amerika Kuboku iyulun 7-də başa çatacaq.