Naqil oğurluğu ilə məşğul olan dəstə ələ keçdi

12:20 26-08-2021 570

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində artezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində artezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri oğurlayan üç nəfər saxlanılıb.

Araşdırmalarla onların Vüsal İsayev, Rafiq Ələsgərov və Rahib Məmmədov olduğu müəyyən edilib. Həmin şəxslər cari il ərzində müxtəlif vaxtlarda 640 metrdən çox elektrik naqillərini oğurlayaraq vətəndaşlara maddi ziyan vurublar. 

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.