“Qarabağ” ilk hissəni öndə bitirdi - YENİLƏNİR+VİDEO

23:40 26-08-2021 567

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Aberdin”lə qarşılaşan “Qarabağ” ilk hissəni öndə bitirib. 

Ağdam təmsilçisi 8-ci dəqiqə Toral Bayramov, 18-ci dəqiqədə isə Kadinin vurduğu qollarla ilk yarını 2:0 hesabı ilə öndə tamamlayıb. 

23:02

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Aberdin”lə qarşılaşan “Qarabağ” hesab arasındakı fərqi artırıb.

Qarşılaşmanın 18-ci dəqiqəsində Kadi komandasının ikinci qoluna imza atıb. 

22:52

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Aberdin”lə qarşılaşan “Qarabağ” hesabı açıb. 

Qarşılaşmanın 8-ci dəqiqəsində Toral Bayramov baxımlı zərbə ilə rəqibi məyus edib. 

22:45

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Aberdin”lə qarşılaşır.

Oyun start götürüb, hazırda qolsuz bərabərlik davam edir. 

21:52

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Aberdin”lə üz-üzə gələcək.

HerGun.Az xəbər verir ki, Şotlandiyada baş tutacaq oyunda komandalar meydana aşağıdakı start heyətləri ilə çıxacaqlar:

“Aberdin”: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 5. Deklan Qallaher, 8. Skott Braun (k), 9. Kristian Ramires, 16. Funso Oyo, 19. Luis Ferqyusson, 22. Kalvin Ramzi, 20. Teddi Cenks, 17. Conni Heys,
Ehtiyat oyunçular: 25. Qari Vuds, 30. Tom Ritçi, 10. Nayall Makqin, 14. Cey Emmanuel-Tomas, 15. Dilan Makqiox, 18. Konnor Maklennan, 21. Cek Gerr, 24. Din Kempbell, 31. Kiran Nqvenya, 35. Meyson Henkok

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Borges, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina. 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç

Qeyd edək ki, bu gün keçiriləcək “Aberdin” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İlk oyunda Ağdam təmsilçisi qələbə qazanıb - 1:0.

Zaur Xudiyev