ABBA 40 illik fasilədən sonra yeni mahnılarını təqdim edəcək – FOTO

07:20 27-08-2021 563

İnternet şəbəkəsində yeni “ABBA Voyage” saytı və onun “Twitter” hesabı peyda olub.

“The Sun” xəbər verir ki, 40 illik fasilədən sonra əfsanəvi ABBA qrupu 5 yeni mahnısını təqdim edəcək.

Məlumata görə, təqdimat mərasimi sentyabrın 2-də baş tutacaq.

Qeyd edək ki, İsveçli musiqiçilərin son albomu 1981-ci ildə buraxılıb.