Çinli körpə cizgi filmini gerçək sanıb televizoru sındırdı – VİDEO

08:00 27-08-2021 406

Çində 2 yaşlı körpə izlədiyi cizgi filminin təsirinə düşüb.

“Haber Global” bildirir ki, o, ekranda baş verənləri gerçək sayaraq, qəhrəmana yardım etmək istəyib.

Xeyir və şərin savaşında birincinin tərəfini tutan balaca əlinə keçəni televizora tuşlayıb. Nəticədə, cihaz yararsız hala düşüb.

Görüntülər izləyənləri xeyli güldürüb.