Ronaldu “Yuventus”un futbolçuları ilə vidalaşaraq klubu tərk etdi

16:00 27-08-2021 387

“Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldu komanda yoldaşları ilə vidalaşaraq klubun məşq bazasını tərk edib.

İdman jurnalisti Fabrisio Romano bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb.

“Ronaldu bu gün məşq etməyib. O, komanda yoldaşları ilə vidalaşmaq üçün məşq bazasında 40 dəqiqə zaman keçirib və sonra oradan ayrılıb. Kriştianu yaxın bir neçə saat ərzində “Yuventus”u tərk etməyi planlaşdırır və “Mançester Siti” ilə danışıqlar aparan agentindən xəbər gözləyir”, - deyə Fabrisio Romano yazıb.

Daha əvvəl isə “Mançester Siti”nin K.Ronalduya iki illik müqavilə təklif etdiyi barədə xəbər verilmişdi.