Lukoşenko əhalini kriptovalyuta hasil etməyə çağırdı - VİDEO

00:40 28-08-2021 299

Belarus prezidenti Aleksandr Lukaşenko maraqlı təkliflə çıxış edib.

Dövlət başçısı Petrikov şəhərindəki nitqi zamanı ölkə əhalisinə səslənib.

O, bildirib ki, Avropa dövlətlərinə iş dalınca getməkdənsə, Belorusda kriptovalyuta hasil etmək daha yaxşıdır.

“Bizi heç yanda gözləmirlər. Gözləsələr də, yalnız plantasiyalarda. Polşada çiyələk yığmaqdansa, burada kriptovalyuta hasilatı ilə məşğul olun”, - deyə prezident bəyan edib.

Mənbə: “Pul Pervoqo”