BMT: Əfqanıstanı yarım milyon insan tərk edə bilər

05:40 28-08-2021 295

Əfqanıstanda hakimiyyətin “Taliban” tərəfindən ələ keçirilməsindən sonra yarım milyon insan ölkəni tərk edə bilər.

Bunu BMT-nin qaçqınların işləri üzrə Ali Komissarının müavini Kelli Klements bəyan edib.

O, ən pis ssenari üzrə 500 min əfqan qaçqını qəbul etməyə hazırlaşdıqlarını bildirib.

BMT rəsmisi Əfqanıstanla qonşu ölkələri öz sərhədlərini qaçqınlar üçün açıq saxlamağa çağırıb.

Mənbə: “The Guardian”