YAŞAT Fondu tərəfindən şəhid ailələri və qazilərə xərclənən vəsait AÇIQLANDI

12:20 28-08-2021 476

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunda (“YAŞAT” Fondu) 61 917 157,45 manat vəsait toplanıb.

HerGun.Az-ın Fonddan əldə etdiyi məlumata görə, vəsaitin 17 184 503,95 fiziki şəxslər tərəfindən, 44 732 653,5 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

“YAŞAT” Fondu tərəfindən reallaşdırılan ödənişlər 35 296 814,22 manat həcmində olub. Xərclənmiş vəsait əsasında 8 515 nəfər Fond tərəfindən öhdəliyə götürülüb və 10 233 ödəniş reallaşdırılıb.

Hazırda Fonddakı qalıq vəsaitin həcmi 26 620 343,23 manatdır.