Muxtar Babayev yanğın baş verən ərazidə

12:40 28-08-2021 341

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qızılağac Milli Parkının Balıqçılar qəsəbəsində baş verən yanğın ərazisinə gedib.

HerGun.Az-ın məlumatına görə, nazir ərazidə baş verən yanğının miqyası ilə tanış olur.

Qeyd edək ki, ötən gün Qızılağac Milli Parkının Balıqçılar qəsəbəsi ərazisində başlayan yanğın gecə saatlarında söndürülüb. Yanğın zamanı 30 hektar sahədə quru ot və kol-kos yanıb.