Batmaq təhlükəsi ilə üzləşən dörd nəfər xilas edilib - VİDEO

14:20 28-08-2021 316

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 50 yanğına çıxış və doqquz halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas edilib.

Həmçinin, Nazirliyin dalğıc-axtarış qrupu Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə qeyri-çimərlik ərazidə batmış bir nəfərin axtarış işlərinə cəlb olunub.