“Liverpul” evində “Çelsi” ilə sülhə razılaşdı - VİDEO

23:00 28-08-2021 398

İngiltərə Premyer Liqasının üçüncü turunda “Liverpul” evində “Çelsi”ni qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı 22-ci dəqiqədə Kay Haverts açıb. Qarşılaşmanın ilk hissəsinə əlavə edilmiş üçüncü dəqiqədə Rise Ceyms qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Penalti zərbəsindən fərqlənən Məhəmməd Salah yekun hesabı müəyyən edib.

Qeyd edək ki, üç turdan sonra turnir cədvəlinə “Vest Hem” yeddi xalla başçılıq edir. Eyni xala malik “Çelsi” ikinci, “Liverpul” üçüncü, “Everton” isə dördüncü pillədə qərarlaşıb. Turnir cədvəlinin son pilləsində aktivində xalı olmayan “Arsenal” yerləşib.