Çindən ABŞ-ın koronavirusun mənşəyi barədə araşdırmasına REAKSİYA

05:00 29-08-2021 294

Çinin ABŞ-dakı səfirliyi ABŞ kəşfiyyat xidmətlərinin koronavirusun mənşəyi ilə bağlı yeni hesabatının elmi cəhətdən nəticəsiz olduğunu bildirib.

Həmçinin, Çinin diplomatik missiyası kəşfiyyat işçilərini deyil, alimləri bu məsəlini araşdırmağa çağırıb.

Diplomatların bəyanatı səfirliyin saytında qeyd olunub:

“ABŞ kəşfiyyat birliyi tərəfindən hazırlanan hesabat elmi cəhətdən inandırıcı deyil. Koronavirusun mənşəyini öyrənmək elmi mövzudur, bunu kəşfiyyat mütəxəssisləri deyil, yalnız elm adamları etməlidir və edə bilərlər”.

Bundan əlavə, Çinin diplomatik missiyası bildirib ki, ABŞ-ın Pekinin istintaqa mane olması iddialarını Çin kəskin şəkildə qınayır.

Xatırladaq ki, ABŞ hesabatında COVID-19 infeksiyasının bioloj silah kimi yaradılmadığını, eyni zamanda, əsaslı nəticələr üçün ilk yoluxma hadisələri ilə bağlı kifayət qədər məlumat olmadığını qeyd etdilər.