Şoyqu: “Rusiya hərb oyunlarında ABŞ və Avropa hərbçiləri ilə yarışmaq istərdi”

06:00 29-08-2021 284

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib ki, beynəlxalq hərb oyunlarında yerli hərbçilərin ABŞ və Avropadan olan həmkarları ilə yarışını görmək maraqlı olardı.

“Bizim özümüz üçün də maraqlı olardı. Şanslar barədə danışmaq istəməzdim. Onların texnikasını görmək istərdik”, - deyə S.Şoyqu bildirib.

O, qeyd edib ki, 2014-cü ildə buna çox yaxın olublar.

“Müxtəlif hadisələrə, Krımdakı referenduma qədər buna yaxın idik. Almaniya, Böyük Britaniya, İtaliya ilə müvafiq danışıqlar aparırdıq”.

Mənbə: “Russian Today”