Paralimpiya Oyunları: Azərbaycan üzgüçüsü finala yüksəlib

07:40 29-08-2021 368

Azərbaycan üzgüçüsü Roman Saley Tokio Yay Paralimpiya Oyunlarında ikinci dəfə mübarizəyə qoşulub.

HerGun.Az xəbər verir ki, o, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 23,98 saniyə nəticə göstərib.

27 yaşlı Belarus əsilli idmançı üçüncü olub və finala yüksəlib. Final mərhələsi Bakı vaxtı ilə saat 13:11-də başlayacaq.

Qeyd edək ki, Roman Saley iki gün əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanıb.