Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

13:40 29-08-2021 407

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb.

HerGun.Az-ın xəbərinə görə, buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub.

O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb.

Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürünc medalla yeddinci sırada qərarlaşıb.

Səbuhi Musayev