Türkiyə Rusiyadan S-400-lərin yeni partiyasını almaqda tərəddüt etmir

16:00 29-08-2021 318

Rusiyadan S-400 zenit-raket komplekslərinin ikinci partiyasının əldə olunması məsələsində tərəddüdümüz yoxdur.

Bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, Türkiyənin Rusiya ilə müdafiə sənayesi sahəsində də əməkdaşlıq etdiyini qeyd edib.

Dövlət başçısı həmçinin Əfqanıstanla bağlı məsələlərə toxunub. Ərdoğan bu ölkəyə dair alternativ planlarının olduğunu bəyan edib.

Mənbə: “Haber Global”