Şirvanda çörək sexində partlayış zamanı ölən şəxsin kimliyi bəlli olub - YENİLƏNİB+FOTO

02:20 30-08-2021 363

Şirvanda çörək sexində baş verən partlayış nəticəsində həlak olan şəxsin kimliyi məlum olub.

“Report”un Aran bürosunu məlumatına görə, bu, Şirvan şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğludur.

Hadisə şəhərin Tofiq İsmayılov küçəsində qeydə alınıb.

İnsident baş verən əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Qeyd edək ki, partlayış zamanı küçədəki avtomobilə də ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır

01:40

Şirvanda çörək sexində partlayış baş verib.

Hadisə T.İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər - Şirvan sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğlu dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan YMX-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Partlayışın dəqiq səbəbləri hələlik məlum deyil.

Mənbə: APA