“Delta” hamilə qadınların ölümünə səbəb ola bilər

03:00 30-08-2021 301

Koronavirusun “Delta” variantı ana olmağa hazırlaşan qadınlarda ağır fəsadlara, hətta ölümə səbəb ola bilər.

Bunu Türkiyənin Diyarbəkir Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasının həkimi Hakan Akelma bəyan edib. O, çalışdığı xəstəxanada son iki ayda sözügedən COVID variantına yoluxmuş altı hamilə qadının öldüyünü bildirib.

Mütəxəssisin sözlərinə görə, bu vəziyyətdə olan xanımlar bir çox dərman vasitələrini qəbul edə bilmir. Məhz bu səbəbdən orqanizmdə virus daha sürətlə yayılır və ölümə gətirib çıxarır.

Həkim yeni növ koronavirusun daha şiddətli “Delta” variantından qorunmaq üçün hamilə qadınları peyvənd olunmağa çağırıb.