Paralimpiya Oyunları: Ən ağır çəkili pauerliftinqçimizdən uğursuz çıxış

15:00 30-08-2021 382

Azərbaycanın daha bir idmançısı Tokioda keçirilən Paralimpiya Oyunlarında qüvvəsini sınayıb.

HerGun.Az-ın xəbərinə görə, pauerliftinq idman növü üzrə təmsilçimiz Şamo Aslanov (+107 kq) yarışı səkkizinci pillədə tamamlayıb.

Qeyd edək ki, bununla da pauerliftinq üzrə millimizin dörd üzvü çıxışlarını başa vurub. Yalnız ilk gündə səhnəyə çıxan Pərvin Məmmədov (-49 kq) bürünc medal qazana bilib.

Səbuhi Musayev