Daha bir tanınmış idmançımız koronavirus səbəbindən Paralimpiya Oyunlarından kənarlaşdırıldı

18:40 30-08-2021 513

Azərbaycanı Paralimpiya Oyunlarında təmsil etməli olan taekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, bu səbəbdən dünya çempionumuz Paralimpiya Oyunlarında sentyabrın 4-də tatamiyə çıxa bilməyəcək.

Qeyd edək ki, daha əvvəl cüdoçumuz Ramil Qasımovun koronavirus testi pozitiv çıxdığından, güləşə bilməmişdi.

Səbuhi Musayev