Estoniya parlamenti ölkə prezidentini seçə bilmədi

01:40 31-08-2021 331

Estoniya parlamentinin növbədənkənar iclası zamanı ölkə prezidentinin seçilməsi ilə bağlı səsvermə uğursuz olub.

Qanunverici orqanın mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifəyə yalnız bir namizəd var. Bu, Estoniya Milli Muzeyinin rəhbəri Alar Karisdir.

Prosedura əsasən, onun prezident vəsifəsinə təsdiq olunması üçün deputatlardan 2/3-nin, yəni 101 millət vəkilindən 68-nin səsi tələb olunur. Dünənki iclasda isə cəmi 79 nəfər iştirak edib ki, onlardan da yalnız 63-ü Karisin namizədliyini dəstəkləyib.

Səsvermə üzrə ikinci cəhdin bu gün baş tutacağı bildirilib.

Mənbə: “RİA Novosti”