Olimpiya kəndində mikroavtobus paralimpiyaçını vurdu

08:20 31-08-2021 515

Tokiodakı Olimpiya kəndində xoşagəlməz hadisə baş verib.

Sınaq məqsədilə əraziyə buraxılmış yeni nəsil elektrikli “e-Palette” şatlı paralimpiyaçını vurub.

Görmə əngəlli idmançının xəsarət almadığı bildirlib.

Qəzadan sonra mikroavtobusların Olimpiya kəndindəki istismarı dayandırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: “Reuters”