Gəncədə 58 yaşlı qadın qətlə yetirilib

22:00 31-08-2021 322

Gəncədə qətl hadisəsi törədilib.

HerGun.Az xəbər verir ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Məmmədova Sücayət Əli qızı bıçaqla qətlə yetirilib.

Qətlə yetirənin kimliyi və hadisənin səbəbi hələlik məlum deyil. 

Faktla bağlı araşdırmalara başlanılıb.

İlhamə Əbülfət