Hemilton itinin fotosu üzərində həmkarının adını yazdı – FOTO

00:40 01-09-2021 430

Formula 1 üzrə yeddiqat dünya çempionu Lüis Hemilton iti Rosko ilə birgə şəklini paylaşıb.

O, “Instagram”da dərc etdiyi fotoda itinin üzərində “Uilyams” komandasının pilotu Corc Rasselin adını qeyd edib.

“Mercedes” pilotunun bunu bilərəkdən və ya səhvən etdiyi məlum deyil.

Bir müddət sonra Hemilton postu silib.

Mənbə: Sports.ru