“Yuventus” Ronaldunun uğurlarından pul qazanacaq

05:00 01-09-2021 714

İtaliyanın “Yuventus” klubu Kriştianu Ronaldunun “Mançester Yunayted”ə keçidinin tamamilə başa çatdığını açıqlayıb.

Bu barədə məlumat Turin klubunun rəsmi internet saytında dərc edilib.

Məlumatda transferin maliyyə detalları açıqlanıb.

Beləliklə, 36 yaşlı hücumçunun transfer məbləği 15 milyon avro təşkil edib. Məbləğ beş il ərzində ödənilməlidir. Bundan əlavə, “qırmızı şeytanlar” və K.Ronaldu nailiyyətlər əldə edəcəyi təqdirdə Turin təmsilçisinə əlavə səkkiz milyon avro bonus ödəniləcək.