Paralimpiya Oyunları: 17 yaşlı üzgüçümüz mübarizəyə qoşulub - FOTO

08:40 01-09-2021 422

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında ən gənc atletimiz mübarizəyə qoşulub.

HerGun.Az-ın xəbərinə görə, 17 yaşlı üzgüçümüz Dana Şandıbina SB13 kateqoriyasında 100 metr məsafəyə brass üsulu ilə yarışda qüvvəsini sınayıb.

Səkkizinci cərgədə mübarizə aparan Dana 1:24.51 dəqiqəyə finişə çatıb. O, səkkiz iştirakçı arasında beşinci olmaqla final mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, bu gün daha bir üzgüçümüz – Vəli İsrafilov (SB12) 100 metr məsafəyə brass üsulu ilə çıxış edəcək. O birbaşa finalda mübarizə aparacaq. Bu yarış Bakı vaxtı ilə saat 14:42-dən etibarən başlayacaq.

Səbuhi Musayev