BRENDFONİ - Azərbaycanda bir İLKdir!

10:00 01-09-2021 657

İllər öncə “ayaq basmadığın ölkədən, görmədiyin şəhərdən rahat-rahat alış-veriş edə biləcəksən”, - desəydilər, yəqin ki, inanmazdıq. Ancaq indi mümkünsüz hesab etdiyimiz bu ehtiyac o qədər sadə və rahat hala gəlib ki, hətta şopinq həvəskarı olmayanları belə özünə cəlb etməyi bacarıb.

Sirr deyil ki, hazırda şopinqsevərlərin alış-veriş üçün ən çox müraciət etdiyi xarici ölkə qardaş Türkiyədir. Bunun əsas səbəbi isə münasib qiymət və etibarlılıqdır. Lakin Türkiyədən Azərbaycana birbaşa sifariş mümkün olmadığından məhsulun çatdırılması üçün karqo şirkətlərinə müraciət edirik. Bu zaman isə həm Türkiyədaxili karqoya, həm də ölkəmizə çatdırılma xidmətinə görə əlavə ödənişlər ortaya çıxır. Təkcə bununla da bitmir - bəzən bağlamaların itməsi, sifarişləri yerli ofisdən götürmək məcburiyyəti və növbələrdə gözləmək kimi bir çox arzuolunmaz hallarla da üzləşirik. Üstəlik bir çox karqo şirkətlərində yanlış, ya da əskik göndərilmiş məhsulları geri qaytarmağın problemli olması da bizi çətin vəziyyətə salır.

Artıq bu problemlərdən xilas yolu var: Brendfoni.com.tr. Türkiyənin bu onlayn alış-veriş saytı ölkəmizdə çoxdan gözlənilən ilkləri reallaşdırır. Belə ki, “Brendfoni” ilə Türkiyədən Azərbaycana, özü də qapıyadək sifariş etmək mümkündür. İkinci möhtəşəm yenilik isə gömrük bəyannaməsinin avtomatik doldurulmasıdır. Gəlin yenilik və üstünlüklərdən daha ətraflı danışaq.

Qeyd edək ki, sayt “Alaçatı Stili”, Kiğılı”, “Nike” və “Tommy Hilfiger” kimi bir çox məhşur brendi özündə birləşdirir. Birbaşa çatdırılma xüsusiyyəti isə özü ilə çoxsaylı üstünlüklər gətirir. Buradan alış-veriş etdiyiniz zaman sifarişinizin ölkəyə çatdırılması üçün digər karqo şirkətinə müraciət etməyə, əlavə ödəniş ödəməyə ehtiyac yoxdur. Sadəcə Azərbaycanda yaşadığınız ünvanı qeyd edirsiniz və sifarişiniz evinizə qədər çatdırılır. 

“Brendfoni” üzərindən alış-veriş zamanı yalnız 1 dəfə karqo ödənişi etməklə 3 xidmətdən yararlanmış olursunuz: Türkiyədaxili çatdırılma, Türkiyədən Bakıya çatdırılma və Bakıda qeyd etdiyiniz ünvana təslim edilmə xidmətləri yalnız bir karqo ödənişi ilə həyata keçirilir. Bundan əlavə, siz alış-veriş zamanı karqo üçün ödəyəcəyiniz məbləğin ayrıca qeyd olunduğunu görəcəksiniz. Bu da ödəniş edərkən şəffaflığın tam şəkildə qorunmasına xidmət edir. Həmçinin sifariş etdiyiniz məhsulun ən qısa vaxtda hazırlanıb, karqoya verilməsi sizi Türkiyədaxili çatdırılma, digər karqo şirkəti tərəfindən sifarişin qəbul olunması, çəki və qiymətin hesablanması kimi əlavə vaxt və pul itkilərindən xilas edir.

Onlayn alış-veriş zamanı çox vaxt sifarişimizi gömrüyə bəyan etməkdə çətinlik çəkirik. “Brendfoni” müştərilərin rahat alış-verişini təmin etmək üçün onları bu çətinlikdən də xilas edir. Belə ki, “Brendfoni”dən aldığınız məhsul xarici anbara daxil olduqda avtomatik olaraq gömrüyə bəyan edilir. Beləcə sizin alış-veriş zamanı sifarişinizi gömrüyə bəyan etməyinizə ehtiyac qalmır.

Elə bu? Əlbəttə ki, yox! “Brendfoni” öz müştəriləri üçün tez-tez “pulsuz çatdırılma” (“Kargo bedava”) kimi xüsusi kampaniyalar da keçirir. Bu kampaniya müəyyən vaxtlarda bütün məhsullara şamil olunur, bəzən isə seçilmiş markaların məhsullarını əhatə edir. Bundan əlavə, saytda hər zaman “pulsuz çatdırılma” statusunda olan məhsullar da mövcuddur ki, siz alış-veriş zamanı həmin məhsulların çatdırılması üçün ödəniş etmirsiniz. Onun üstünlükləri bununla da bitmir. Saytda “geri qaytarılma”, “ödənişin tam zəmanətlənməsi” xidmətləri də mövcuddur. Bu xidmətlər sayəsində sifarişiniz istədiyiniz kimi gəlmədikdə onu asanlıqla geri təhvil verə bilirsiniz. “Brendfoni”nin mövcud çətinliklərə hansı həll yollarını gətirdiyini ətraflı öyrənmək üçün aşağıdakı videonu izləyin:

Belə… İndi özünüzə bir fincan qəşəng türk qəhvəsi hazırlayın, rahat bir məkan seçin və Brendfoni.com.tr-yə daxil olaraq onlayn alış-verişin həzzini yaşayın!

Daha geniş məlumat üçün:

Əlaqə nömrəsi: +994 12 525 55 95
“Instagram”: https://www.instagram.com/brendfoniaz
“Facebook”: https://www.facebook.com/brendfoniaz