Sizə BEOPLAY HX-i təqdim edirik - FOTO

11:00 01-09-2021 1164

”Beoplay HX” müxtəlif rənglərdə təqdim edilir: Black Anthracite, Sand, Timber

Yeni naqilsiz, iri ölçülü, yüngül “Bang & Olufsen Beoplay HX” qulaqcıqları aktiv səsboğucu xüsusiyyətə, həmçinin 40 saatadək fasiləsiz səslənməni təmin edən güclü səs imkanlarına malikdir.  

“Beoplay HX” dəqiq və güclü səsi, maksimum rahatlığı, həmçinin istifadəçilərin vərdişlərinə, dəyərlərinə və tələblərinə cavab verən təkmilləşdirilmiş istifadəçi interfeysini təmin edir. Son nəsil səsboğuculuq qabiliyyəti sayəsində “Beoplay HX” arxa səs-küyü effektiv şəkildə kompensasiya edir və aradan qaldırır. Premium materiallar və çox yaxın başlıq effektiv səs izolyasiyasını və rahat taxmanı təmin edir. “Beoplay HX” “Bang & Olufsen”in səs, dizayn və ustalıq təcrübəsini nümayiş etdirir.

Əsas xüsusiyyətləri

- Dəqiq yüksək keyfiyyətli səs
- Aktiv səsboğuculuq rejimi (ANC) 
- Zərif və incə dizayn 
- Rahatlıq və uzunömürlülüyü təmin edən premium materiallar 
- Sensor idarəetmə
- 40 saatadək səslənmə

SƏS

“Beoplay HX” “Bang & Olufsen” şirkətinin mühəndisləri tərəfindən elə zərifliklə köklənib ki, musiqini ifaçının ifa etdiyi şəkildə dinləyə bilirsiniz. Arzuolunmaz səs-küyü aradan qaldıran yeni nəsil rəqəmsal səsboğucunun tətbiqi sayəsində dinləmə keyfiyyəti daha da yaxşılaşdırılıb. Neodimum maqnitlərə malik xüsusi 40 mm-lik dinamiklər güclü və detallı səslənməni təmin edir, 4 xüsusi mikrofon isə zənglər zamanı optimal dəqiqliyə zəmanət verir. 

Möhkəm və keyfiyyətli materiallardan hazırlanmış “Beoplay HX” qulaqlıqları 40 saatadək səslənməni təmin edir ki, bu da onu uzunmüddətli dinləmə üçün ideal vasitəyə çevirir. “Microsoft Swift Pair”, “Google Fast Pair” və “Made for iPhone” müxtəlif cihaz növləri üçün kökləmə prosesini asanlaşdırır, “Bluetooth 5.1” isə etibarlı əlaqəni təmin edir. 

RAHAT FUNKSİYALAR

Çoxnöqtəli birləşmə sayəsində “Beoplay HX” eyni zamanda 2 cihaza qoşula bilir, təkmilləşdirilmiş idarəetmə elementləri isə sadə və anlaşılan interfeysi təmin edirlər. Xüsusi “Bang & Olufsen” tətbiq proqramı vasitəsilə istifadəçilər səs profilini və ANC kökləmələrini asanlıqla dəyişə, həmçinin istənilən lazımi funksiyalara çıxış əldə edə bilərlər. 

DİZAYN

Skandinaviyaya xas zərif dizaynı və ustalığı ilə tanınan “Bang & Olufsen” şirkəti ən təkrarolunmaz qulaqlıqları yaratmaq, həmçinin rahatlıq və uzunömürlülüyü yüksəltmək məqsədilə “Beoplay HX” üçün ən yaxşı materiallardan (o cümlədən, yumşaq dəridən və anodlaşdırılmış alümindan) istifadə edib. Yüngül və erqonomik dizayn bütün gün ərzində rahat daşımanı təmin edir. Ambuşürlər yumşaq qoyun dərisindən, həmçinin qulaqların və daşın formasını rahat uyğunlaşan hafizəli köpükdən hazırlanıb. 

Qulaqlıqlar üçün nəzərdə tutulan ideal parça futlyar “Beoplay HX”ı asanlıqla daşımağa imkan verir, onları və onların aksesuarlarını hərəkət zamanı qoruyaraq portativliyi və uzunömürlüyü təmin edir. Futlyarda 3,5 mm-lik stereonaqilin və USB-A – USB-C naqilinin saxlanması üçün yer nəzərdə tutulub. 

QİYMƏTİ
1249 AZN

Azərbaycanda “Bang&Olufsen” şirkətinin məhsullarını “Italdizain”“Alma Store”, “Kontakt Home”“Irshad” mağazalarından əldə etmək olar.