"Barcelona" La Liqaya məğlubiyyətlə başladı

02:18 17-08-2019 499

İspaniya La Liqasında 2019/20 mövsümü start götürüb.

I turun ilk oyun günündə son çempion "Barselona" "Atletik"lə görüşüb. Matç Bilbaoda baş tutub. Oyunda bir qol vurulub. 89-cu dəqiqədə fərqlənən Arits Aduris meydan sahiblərinə üç xal qazandırıb. 

Qeyd edək ki, tura avqustun 18-də yekun vurulacaq.