Kriştiano Ronaldo dünya rekordçusu oldu

02:00 02-09-2021 812

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.

36 yaşlı futbolçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb.

O, bunu DÇ-2022-nin seçmə mərhələsinin İrlandiya ilə matçında rəsmiləşdirib. Qarşılaşmada vurduğu ilk top Ronaldonun Portuqaliya millisində ümumilikdə 110-cu qolu olub.

Kriştiano bununla da İran yığmasının əfsanəsi Əli Daeini arxada qoyub. Asiyalı bombardir millidə 109 dəfə fərqlənib.

Matçın sonunda daha bir qol vuran CR7 dublunu rəsmiləşdirərək həm rekord nəticəni bir az da yaxşılaşdıraraq 111-ə çatdırıb, həm də komandasına qələbə qazandırıb.