Məşhur tennisçinin iti bir neçə saata 30 milyondan çox baxış sayı qazandı - VİDEO

02:40 02-09-2021 733

İnternetdə sahibi ilə rəqs edən itin videosu sürətlə populyarlaşmağa başlayıb.

Maraqlı video hazırda Avstraliyada yaşayan rusiyalı tennisçi Darya Qavrilova tərəfindən çəkilərək ictimailəşdirilib.

“Tofu” ləqəbli it musiqi sədası altında pəncələrini oynadaraq marağı öz üzərinə çəkə bilib.

Video yayımlandıqdan bir neçə saat sonra 37 milyondan çox baxış sayı qazanıb.

Mənbə: “Ridus”