BMT: Son 50 ildə təbii fəlakətlərin sayı beş dəfə artıb

05:20 02-09-2021 697

BMT dünyada təbii fəlakətlərin sayının son 50 ildə beş dəfə artdığını açıqlayıb.

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının hesabatına görə, bu amil iqlimlə birbaşa əlaqəlidir.

Təşkilatın katibi Petteri Taalas bildirib ki, artıq hava, iqlim və hidroloji amillərlə bağlı fövqəladə vəziyyətlər daha tez-tez yaşanır və dünyanın bir çox yerlərin iqlim dəyişikliklərinin nəticəsi kimi ortaya çıxır.

Mənbə: “İnterfaks”