Çayın suyu məcrasından çıxıb evləri yuyub apardı – ANBAAN VİDEO

05:40 02-09-2021 389

“Nora” tropik qasırğası Meksikada dağıntılara səbəb olub.

“Haber Global” məlumat verir ki, həddindən artıq çox yağıntı səbəbiylə Kuale çayı daşıb və çayın sahilindəki tikililər dağılıb.

Çəkilən videoların birində yaşayış evinin uçaraq sel sularına qərq olmasını əks etdirən görüntülər yayımlanıb.

Son məlumata görə, təbii fəlakət nəticəsində bir azyaşlı həyatını itirib, yeddi nəfər itkin düşüb.