“Telegram”da yeni funksiyalar istifadəyə verilib

06:00 02-09-2021 668

“Telegram” messencerində yeni funksiyalar istifadəyə verilib.

Artıq tətbiqin yeni versiyasında qrup və kanallar daxilində qeyri-məhdud auditoriyaya malik videoyayımlar etmək mümkündür. Bu zaman tamaşaçılar da əllərini qaldırıb, yayımda iştirak edə biləcəklər.

Həmçinin, bundan sonra mesajların təkrar göndərilməsi zamanı ilk mənbənin adını və fotolar üzərindəki imzaları silmək mümkün olacaq.

Mənbə: TASS